UNICEF-in Yerevandakı nümayəndəsinin fəaliyyəti dayandırılıb

Ermənistan hökuməti UNICEF-in Yerevandakı nümayəndəliyinin rəhbəri Merienn Klark-Hattinqin fəaliyyətini dayandırıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan martın 9-da jurnalistlərə bildirib.

Məlumata görə, Ermənistan tərəfi onun mandatını yerinə yetirməsini yetərli və konstruktiv saymayıb.

Britaniyalı M.Klark-Hattinqin artıq Ermənistanı tərk edib.

Digər xəbərlər

Tokayev Sankt-Peterburqa gedəcək 20 dekabr, 2025 / 15:03