Ukrayna XİN başçısı Aİ-ni Rusiyaya qarşı yeni sanksiyalar qoymağa çağırıb

Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə fransalı həmkarı Jan-İv Le Drian arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu D.Kuleba tviterdə yazıb.

“Ukraynaya humanitar yardıma və maliyyə dəstəyinə görə həmkarıma təşəkkür etdim. Biz Avropa İttifaqının Rusiyaya qarşı 5-ci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik. Rusiya Ukraynanı bombalamaqda, mülki insanlarımızı öldürməkdə davam edir. Ona görə də sanksiyalar artırılmalıdır”, - nazir vurğulayıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49