Ukrayna Milli Bankı Rusiya və Belarus vətəndaşlarına xidməti qadağan edib

Ukrayna Milli Bankı maliyyə müəssisələrinə Rusiya və Belarus vətəndaşlarına öz milli valyutalarından istifadə ilə bağlı əməliyyat xidməti göstərməyi qadağan edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.

“Səlahiyyətli müəssisələrə Rusiya Federasiyası və Belarus Respublikasında qeydiyyatda olan hüquqi və fiziki şəxslərin iştirakı ilə Rusiya rublu və Belarus rublundan istifadə edərək istənilən valyuta əməliyyatı aparmaq qadağan edilib”, - deyə məlumatda bildirilib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40