Ukraynada internatda yanğın baş verib, 4 nəfər ölüb, 3-ü yaralanıb

Ukraynada psixonevroloji internatın binasında baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.

Bildirilib ki, hadisə Ukraynanın Luqansk vilayətində qeydə alınıb.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər