Ukrayna və ABŞ hərbi ehtiyaclar üçün xüsusi kimyəvi maddələrin istehsalı üzrə birgə müəssisə yaradacaqlar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri "Ukroboronprom" müdafiə konsernə istinadən məlumat yayıb.
"Müəssisə ABŞ-də yerləşəcək və Ukrayna Müdafiə Qüvvələri üçün döyüş sursatlarının istehsalında istifadə olunan məhsullar istehsal edəcək", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu barədə sənəd iyulun 11-də Romada Ukraynanın bərpası məsələlərinə dair beynəlxalq konfrans çərçivəsində ABŞ-nin “D&M Holding Company” şirkəti ilə imzalanıb.