Ukrayna sutka ərzində 1 hərbçisini itirib, 6-sı yaralanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Ukrayna sutka ərzində münaqişə zonasında gedən atışma nəticəsində 1 hərbçisini itirib, daha 6-sı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Anti-Terror Əməliyyatları (ATƏ) baş qərargahının mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.

Məlumata görə, separatçı qüvvələr sutka ərzində Ukrayna ordusunun mövqelərini 28 dəfə atəşə tutublar.

Digər xəbərlər