Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi tutulub

Bakı. 25 fevral. REPORT.AZ/ Ukraynanın hüquq-mühafizə orqanları ölkə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Vladimir Zamanı saxlayıb. 

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun mətbuat katibi Larisa Sarqan bildirib.

“Bunun dövlət xəyanəti, yaxud başqa məsələlərlə əlaqədar oldğunu bilmirəm”, - deyə mətbuat katibi vurğulayıb.

Həbsin səbəbini Ukrayna hərbi prorkuroru Anatoli Matiosun açıqlayacağı bildirilib.

Məlumata görə, Vladimir Zaman 2012-ci il fevralın 18-dən 2014-cü il fevralın 19-dək Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi işləyib. 

Digər xəbərlər