Ukraynanın Çerniqov vilayətində Rusiyanın “Su-25” təyyarəsinin vurulması nəticəsində bir pilot ölüb, digəri sağ ələ keçirilib.
“Report“ UNİAN-a istinadən xəbər verir ki, bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın pilotsuz uçuş aparatını da vurublar.
14:06
Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir qırıcısını vurub.
“Report” UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Qeyd edək ki, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub.
Məlumata görə, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən çox helikopter yerləşdirib.