Ukrayna ordusunun baş komandanı: Rusiyanın Sumı və Xarkova yeni hücumu faktiki başlayıb

Rusiya Silahlı Qüvvələrinin Sumı və Xarkov vilayətlərinə yeni hücumu "faktiki olaraq artıq başlayıb".

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “LB.ua”ya müsahibəsində bildirib.

"Deyə bilərəm ki, prezident tamamilə haqlıdır və bu hücum faktiki olaraq artıq başlayıb. Çünki artıq bir neçə gündür düşmənin bütün əsas istiqamətlərdə hücum əməliyyatlarının sayının təxminən iki dəfə artdığını müşahidə edirik", - o qeyd edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49