Ukrayna kəşfiyyatçıları Rusiya ərazisində xüsusi əməliyyat keçirib, dağ-mədən zənginləşdirmə kombinatı vurulub

Ukrayna kəşfiyyatçıları Rusiya ərazisində xüsusi əməliyyat keçirib.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Kursk vilayətindəki dağ-mədən zənginləşdirmə kombinatı pilotsuz uçuş aparatları ilə vurulub.

Nəticədə ərazidəki yanacaq çəni yanıb.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt hadisəni təsdiqləyib. Onun sözlərinə görə, itki yoxdur.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49