Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 296 əfqanıstanlı ölkələrinə göndərilib

Əfqanıstandan Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 296 immiqrant İğdırdan ölkələrinə göndərilib.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar təyyarə ilə yola salınıb.

İğdır Rayon Miqrasiya İdarəsi Çıxış Mərkəzindən aparılan əfqanıstanlı 296 qeyri-qanuni immiqrant bu gün günorta saatlarında polisin müşayiəti ilə Şəhid Bülent Aydın Hava Limanına çatdırılıb, oradan da təyyarə ilə Əfqanıstana göndəriliblər.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49