"Axtarış-xilasetmə əməliyyatlarına əlavə hərbi qüvvə ayrıla bilər"
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O, hökumətin işini operativ şəkildə davam etdirdiyini bildirib: "Türkiyə Silahlı Qüvvələrin şəxsi heyətindən istifadə olunur. Əgər lazım gələrsə, əlavə qüvvə də proseslərə cəlb olunacaq. Bununla bağlı problem yoxdur”.
Vitse-prezident vurğulayıb ki, Hatay, Adıyaman və Kahramanmaraşda durum daha ciddidir: "Ona görə də həmin bölgələrə daha çox qüvvə cəlb olunur".