Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

PKK terror təşkilatı sıralarından qaçan 5 nəfər dünən Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, terror təşkilatının təslim olan üzvlərinin 2009-2015-ci illərdə Suriya, İraq və İranda fəaliyyət göstərdikləri təsbit edilib.

Bununla da 2021-ci ildə silahı yerə qoyaraq təslim olan PKK terrorçularının sayı 86-ya çatıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49