Türkiyənin səhiyyə naziri: “Zeytun budağı” əməliyyatında 14 itkimiz var”

Bakı. 26 yanvar. REPORT.AZ/ “Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi, Azad Suriya Ordusunun isə 11 döyüşçüsü şəhid olub”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Ahmet Demircan bildirib.

Nazir Gülhane Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan xəstələri də ziyarət edib, hərbçilərin yaralarının ağır olmadığını deyib: “130 yaralıdan 82-si müalicə olunaraq xəstəxanadan çıxarılıb”.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49