Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması ilə bağlı yekun müqavilə imzalanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması ilə bağlı yekun müqavilə imzalanıb.

“Report” “NTV” televiziyasına istinadən xəbər verir ki, imzalanma mərasimi Ankarada keçirilib.

Müqavilənin dəyəri 2,5 milyard dollardır.

Qeyd edək ki, hava hücumundan müdafiəni təmin edən “S-400” raketləri 2007-ci ildə Rusiya Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49