Türkiyənin Rusiyada yeni səfiri təyin olunub

Bakı. 13 sentyabr. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyi Rusiyada yeni səfir təyin edib.

“Report”un "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, sözügedən ölkədə 2016-cı ildən etibarən çalışan Hüseyn Diriözün əvəzinə XİN-nin Konsulluq Xidmətinin başçısı Mehmet Samsar təyinat alıb.

Qeyd olunur ki, əvvəllər M.Samsar Ukraynada səfir işləyib.

Digər xəbərlər

İranda fabrik yanır 05 yanvar, 2026 / 17:53