TDT dövlətlərinin nəqliyyat nazirləri Orta Dəhlizlə bağlı müzakirələr aparacaqlar

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət və hökumət başçılarının qeyri – rəsmi Zirvə görüşündə həmkarları ilə Orta Dəhliz barədə müzakirələr aparacaq.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Şuşa Zirvə görüşündə TDT-yə üzv ölkələrlə Orta Dəhliz kimi bir çox önəmli məsələləri müzakirə edəcəyik", - o bildirib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49