Türkiyənin NATO üzrə müttəfiqlərindən gözləntiləri açıqlanıb

Türkiyənin NATO üzvü olan müttəfiq ölkələrdən gözləntiləri açıqlanıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin paytaxtı Vaşinqtonda jurnalistlərlə söhbətində danışıb.

O bildirib ki, Ankaranın əsas gözləntisi NATO-dakı müttəfiqlərin Türkiyənin terrorla mübarizəsinə dəstək vermələridir: “Regionda terror dövləti qura biləcəklərini düşünənlər üçün bu, sadəcə, heç vaxt gerçəkləşməyəcək bir xəyaldır”.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49