Bakı. 19 sentyabr. REPORT.AZ/ “Son 45 gündə Türkiyədə və sərhədyanı ərazilərdə keçirilən əməliyyatlar nəticəsində 366 terrorçu məhv edilib”.
“Report” "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, son illər orduda milli müdafiə sənayesinin istehsal etdiyi hərbi texnika və silah-sursatın payı 20 faizdən 65 faizə yüksəlib.