Bakı. 21 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.
“Report” İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Hakkari əyalətinin valisi Cüneyt Orhan Toprak bildirib.
Onun sözlərinə görə, hadisə İraqın şimalında Karireş bölgəsində baş verib.
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.