Türkiyədə 120-dən çox şəxs maliyyə maxinasiyalarında şübhəli bilinərək saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 49 vilayətində maliyyə maxinasiyalarında şübhəli bilinən 127 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O qeyd edib ki, əməliyyatlar Türkiyənin Mersin, Adana, Kayseri, Trabzon, Samsun və s. vilayətlərində aparılıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40