Türkiyənin daha bir hərbçisi Suriyada şəhid olub

Bakı. 11 fevral. REPORT.AZ/ Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" anti-terror əməliyyatı çərçivəsində daha 1 əsgərini itirib.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələrinin komandanlığı məlumat yayıb.

Artıq 23 gündür davam edən əməliyyat zamanı məhv edilən yaraqlıların sayı 1266 nəfərdir.

Digər xəbərlər