“Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq hüququ kobud şəkildə pozur”.
“Report” xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu deyib.
“Bu, qalibi olmayan müharibədir. Bu, heç vaxt başlamamalıydı və dərhal bitməli idi”, - Türkiyə təmsilçisi deyib.
Ş.Sinirlioğlu həmçinin bildirib ki, Mariupolda günahsız insanlar, xüsusən qadınların və uşaqlar əziyyət çəkir.