Türkiyənin 3 vilayətində meşə yanğını başlayıb

Türkiyənin 3 vilayətində - Muğla, Çanakkala və İzmirdə meşə yanğını başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hər 3 əraziyə yanğınsöndürənlər cəlb olunub.

Yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24