“Qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində ticarət əlaqələrinin inkişafı əsas prioritetimizdir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat Türk Dünyası İş Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bunun üçün daha yaxşı imkanlar yaranıb.
Nazir, həmçinin TDT daxilində ticarət əlaqələrinin inkişafında Orta Dəhlizin rolunu xüsusi qeyd edib.