Türkiyədə, Diyarbakır-Silvan yolunda zirehli avtomobilin aşması nəticəsində 6 hərbçi yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.
Bildirilib ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verirb.
Yaralılar hospitala yerləşdirilib. Onların yaralarının yüngül olduğu vurğulanıb.