​Türkiyədə zəlzələ olub - FOTO

Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyənin Antalya əyalətinin Dəmrə (Kale) rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 00.27-də (Bakı vaxtı ilə saat 02.27) baş verib.

Zəlzələnin ocağı 34,92 km dərinlikdə yerləşib.

İlkin məlumata əsasən, yeraltı təkanlar nəticəsində xəsarət alan və dağıntı olmayıb.

Lakin təşvişə düşən insanlar küçələrə axışıb.

Digər xəbərlər