Hörmüz boğazının cənub hissəsində tanker dəniz minasına düşüb, bundan sonra mühərrik bölməsində partlayış və yanğın olub.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilir ki, gəmi cənub marşrutu ilə boğazdan icazəsiz çıxmağa cəhd edib, naviqasiya və yerləşmə sistemlərini sıradan çıxarıb, müəyyən edilmiş qaydalara məhəl qoymayıb.
SEPAH xəbərdarlıq edib ki, Hörmüz boğazında və Fars körfəzində naviqasiya və identifikasiya sistemlərini sıradan çıxaran gəmilərə qarşı sərt və qəti tədbirlər görüləcək.