Türkiyədə yük maşını ilə avtobus toqquşub, ölənlər və yaralananlar var

Türkiyədə yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə Dənizli-Afyonkarahisar avtomobil yolunda baş verib.

Qəza nəticəsində yük maşınının sürücüsü və sərnişini həyatını itirib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49