Türkiyədə avtobus aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb

Türkiyənin Dənizli əyalətinin Kaza Çardak rayonunda sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, ölənlərdən biri avtobusun sürücüsüdür.

Avtobus Konyadan Aydın əyalətinin Kuşadasına sərnişin daşıyan özəl şirkətə məxsusdur.

Ölənlərin sayının artacağı istisna edilmir. 

Digər xəbərlər