Türkiyədə terrorçularun hücumu nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda terrorçu PKK qruplaşmasının hərbi hissəyə raket atması nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, PKK terrorçuları Güvən dağında yerləşən hərbi hissəyə İraq tərəfdən hücum ediblər. 

Yaralı hərbçilər Hakkari Dövlət Xəstəxanasına yerləşdiriliblər. 

Bölgədə antiterror əməliyyatı keçirilir. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24