Türkiyədə təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyədə təlim-məşq təyyarəsi qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb. 

Təyyarə qəzası Balıkəsir vilayətinin Ayvalık rayonunda baş verib. Həlak olanların hadisə vaxtı təyyarənin bortunda olan təlimatçı və tələbə olduğu bildirilir. 

Polis qəzanın başvermə səbəblərini araşdırır. 

Digər xəbərlər