Türkiyədə son iki gündə 119 nəfər qidadan zəhərlənib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Siirt vilayətindəki Hassa qızlar yataqxanasında qeydə alınıb.
Məlumata görə, yataqxanadakı 3673 nəfərdən 119-u fərqli şikayətlərlə xəstəxanalara müraciət ediblər.
Hadisənin konkret səbəbinin araşdırılması üçün yataqxanadakı qida və sudan nümunələr götürülüb.