​Türkiyədə soğan daşıyan tırdan 5,5 ton partlayıcı aşkar edilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa əyalətində soğan yüklənmiş tırdan 5,5 ton partlayıcı aşkarlanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, yük avtomobili saxlanılıb, axtarış nəticəsində soğan kisələrinin altında karton qutularda 5,5 ton plastik partlayıcının olduğu aşkar edilib.

Polis tırdakı iki nəfəri tutaraq dindirilmələri üçün əyalətin təhlükəsizlik idarəsinə aparıb.

Onların terrorçu qruplarla əlaqəsi araşdırılır. 

Digər xəbərlər