Türkiyənin Adana şəhərində yük maşını ilə sərnişin avtobusu toqquşub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində sürücü və daha bir nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.