Türkiyədə seçkilərə qatılacaq prezidentliyə namizəd və siyasi partiyaların sayı açıqlanıb

Bakı. 16 may. REPORT.AZ/ Türkiyədə iyunun 24-da keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə prezidentliyə 6 namizəd, 11 siyasi partiya qatılacaq.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, seçkidə 59 milyon 391 min 328 seçici iştirak edəcək.

Ölkə daxilində səsvermə yerli vaxtla 08:00-da başlayacaq və 17:00-da başa çatacaq.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49