Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlı materiallar məhkəməyə göndərilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyə Baş Prokurorluğu Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı materialları məhkəməyə göndərib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı istintaq altındakı 28 şübhəli arasında FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin də adı var.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada Rusiya fotosərgisinin açılışı zamanı mühafizəçi qismində salona gələn Mövlüd Mərd Altıntaş adlı bir nəfər tərəfindən odlu silahla qətlə yetirilmişdi. O, dərhal polis tərəfindən öldürülmüşdü.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49