Türkiyədə “F-4” tipli hərbi təyyarə eniş zamanı qəzaya uğrayıb.
“Report” “THMhaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Hadisə mayın 31-də Malatya əyalətində Erhaç hərbi bazasında baş verib. İki pilot təyyarədən tullanaraq sağ qalıb.
Qəza ilə bağlı araşdırma aparılır.