Türkiyədə növbəti terror aktı: 10 yaralı

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin rayonunda polis əməkdaşlarını daşıyan avtobus minaya düşüb.

"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 9 polis zabiti və 1 şəhər sakini yaralanıb.

Zirehli texnikanın köməyi ilə xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Rayona əlavə hərbi birləşmə göndərilib.

Digər xəbərlər