Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib, 19 şübhəli saxlanılıb

Türkiyənin Van vilayətində PKK/KCK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, əməliyyatlar altı gün – iyulun 28-dən avqustun 4-dək davam edib.

Bildirilib ki, əməliyyat nəticəsində 19 şübhəli saxlanılıb.

Şübhəlilər haqqında hüquqi prosedurlar həyata keçirilir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24