Türkiyədə PKK terrorçuları ilə atışmada bir hərbçi şəhid olub, digəri yaralanıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyə təhlükəsizlik qüvvələri ilə terrorçu PKK qruplaşmasının üzvləri arasında atışma baş verib. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qars əyalətinin Kağızman rayonunda qeydə alınıb. Nəticədə bir hərbçi şəhid olub, birisi yaralanıb.  

Məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri 4 terrorçunu zərərsizləşdiriblər. 

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50