Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Aydın vilayətinin Didim rayonunda 25 qanunsuz miqrant saxlanılıb.

"Report" DHA-ya istinadən xəbər verir ki, polis əməkdaşları qanunsuz miqrasiya və insan alverinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər.

Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 4 şübhəli saxlanılıb: "Şübhəlilərdən 3-ü həbs edilib, digəri isə sərbəst buraxılıb".

Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Digər xəbərlər