Bakı. 14 aprel. REPORT.AZ/ Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı Dağı bölgəsində, Doğubayazit ərazisində baş verib.
Silahlı toqquşma zamanı 2 əsgər şəhid olub, daha 3 əsgər yaralanıb. Əməliyyat zamanı 1 terrorçu zərərsizləşdirilib.
Bölgədə terorrçulara qarşı əməliyyat davam edir.