Türkiyədə NK iclasında Hörmüz boğazındakı vəziyyətin iqtisadiyyata təsiri müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) iclası keçiriləcək.

"Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, NK iclasında əsas gündəm mövzusu ABŞ ilə İran arasında yaşanan gərginlik və Yaxın Şərqdə təhlükəsizlik məsələləri olacaq. Hörmüz boğazındakı qeyri-müəyyənliyin ölkə iqtisadiyyatına təsirləri də iclasda müzakirə ediləcək.

İclasdan sonra Ərdoğanın mətbuata açıqlama ilə çıxış etməsi gözlənilir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40