Türkiyədə mikroavtobus yük maşınının qoşqusuna çırpılıb, ölən və yaralananlar var

Türkiyədə 1 nəfərin ölümü və 6 nəfərin yaralanması ilə sonuclanan ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Qaziantep-Nurdağı yolunun Sefaşehir məhəlləsi yaxınlığında işçiləri daşıyan mikroavtobus yük avtomobilinin (TIR) qoşqusuna çırpılıb. Qəzada yaralanan sürücü və 6 işçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49