Türkiyədə mehmanxananın bir hissəsi çöküb, 8 nəfər yaralanıb

Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin Aydın əyalətinin Didim rayonunda mehmanxananın dənizə beton çıxıntısının uçması nəticəsində 8 nəfər yaralanıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, hadisə mayın 5-də Didim rayonunun Fevzipaşa məhəlləsində olub.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Çökmə turistlərin beton çıxıntı üzərinə çıxarkən baş verib. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24