Türkiyədə iki polis şəhid olub, 10 nəfər yaralanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyənin Şirnak şəhərində PKK terrorçuları polis əməkdaşlarını daşıyan avtobusu qumbaraatanlardan atəşə tutub.

"Report"-un “NTV” telekanalına istinadən verdiyi məlumata görə, nəticədə iki polis zabiti şəhid olub, 10 nəfər yaralanıb.

Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.

Digər xəbərlər