Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 26, FETÖ ilə əlaqədar isə 47 nəfər tutulub

Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyə təhlükəsizlik qüvvələrinin İstanbulun iki rayonunda keçirdikləri antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqdə şübhəli bilinən 26 nəfər tutulub.

“Report” DHD-ya istinadən xəbər verir ki, əməliyyat dekabrın 6-da səhər saatlarında Fatih və Başakşehir rayonlarındakı 6 ünvanda keçirilib.

Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarış-əməliyyat nəticəsində çoxlu sayda digital vəsaitlər və terrorçu qruplaşmaya aid materiallar aşkarlanıb.

Noyabrın əvvəlindən Türkiyə təhlükəsizlik baş idarəsi İŞİD-lə əlaqədar 283 şübhəlini tutduqlarını bildirib.

Ötən gecə Ankarada Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar 65 ünvanda 87 şübhəlinin tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində 47 nəfər tutulub. Onların arasında FETÖ-nün lideri Fətullah Gülənin qardaşı oğlu Salman Gülən də var. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40