Bakı. 26 noyabr. REPORT.AZ/ İstanbulda hərbi helikopterin qəzaya uğraması nəticəsində ölən hərbçilərin sayı 4-ə çatıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 hərbçi isə yaralanıb.
*** 12:25
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Sancaktepe rayonunda baş verib.
Qəza nəticəsində 3 hərbçi həlak olub, biri yaralanıb.