Türkiyədə hərbçilərə hücum zamanı 6 əsgər yaralanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyədə PKK terrorçuları hərbçilərə hücum edib.

"Report"un "İhlas" agentliyinə istinadən məlumatına görə, hadisə Hakkari vilayətində baş verib.

Çukurçada, Körpülü ərazisində terrorçuların hərbçiləri atəşə tutması nəticəsində 6 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. 

Digər xəbərlər